ÜST-dən Azərbaycanla bağlı açıqlama: Bu ölkədə malyariya...

saytların hazırlanması

Evə çatdırılma

ÜST-dən Azərbaycanla bağlı açıqlama: Bu ölkədə malyariya...

Sosial

27 Dekabr 2023 07:42 647


Azərbaycan malyariya xəstəliyindən azad ölkədir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O, qeyd edib ki, Tacikistan və Beliz də Azərbaycan kimi malyariya xəstəliyindən azad ölkələrdir. Pepperoni pizza

Qebreyesusun sözlərinə görə, bir çox ölkələrdə diqqətdən kənarda qalan bir sıra tropik xəstəliklər, o cümlədən Qanada somnologiya (yuxu xəstəliyi), Benin, Mali və İraqda traxoma, Banqladeş və Laosda limfatik filarioz aradan qaldırılıb.

ÜST-nin rəhbəri qeyd edib ki, təhlükəsizlik və yoxsulluq 2023-cü ildə yoluxucu xəstəliklərə yol açıb. Lakin bununla belə, cari il qlobal səhiyyədə mərhələlər və problemlər ili olub.

Bununla belə, ÜST rəhbəri 2023-cü ilin həm də böyük iztirablar və qarşısı alına bilən sağlamlıq riskləri ili olduğunu bildirib.

“Biz dünyada milyonlarla insanı təhdid edən xəstəliklər, o cümlədən malyariya, denqe və meningit üçün yeni peyvəndləri təsdiqlədik”, - Qebreyesus vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!