Usubovun yerinə o təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Usubovun yerinə o təyin olundu

Siyasət

19 Sentyabr 2026 17:24 310


Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" Gömrük Postuna rəis təyin edilib.

"Yeni Sabah" "Unikal"a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə baş inspektor Bəhram Sərvər oğlu Əvəzov gətirilib.

Xatırladaq ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanın sabiq rəisi Fərid Usubov 2025-ci ilin iyununda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə əvvəlcə sərəncama götürülmüş, eyni ilin dekabr ayında isə Hövsan limanında aşkarlanan külli miqdarda qaçaqmalçılıq (qanunsuz siqaret yükləri) işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!