Sığorta nəhənginin investisiya portfeli 23,2 milyon manata düşdü

saytların hazırlanması

Evə çatdırılma

Sığorta nəhənginin investisiya portfeli 23,2 milyon manata düşdü

İqtisadiyyat

04 Noyabr 2026 10:45 42


“AzSığorta” ASC 2026-cı il iyunun 30-na olan investisiya portfelinin həcmini elan edib.

“Yeni Sabah” xəbər verir ki, şirkətin ümumi investisiya portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 1 milyon 946 min 802 manat (və ya 7,72%) azalanlıqla 23 milyon 275 min 978 manata düşüb (2025-ci ilin müvafiq dövründə 25,22 mln manat olub).

Portfelin kiçilməsinə əsas səbəb bank depozitlərinin 4 milyon manat (38,10%) azalaraq 6,5 milyon manata enməsidir. Şirkət depozitləri azaldaraq qiymətli kağızlara üstünlük verib: istiqrazlara yatırılan vəsait 13,89% artaraq 16 milyon 411 min 395 manata yüksəlib (o cümlədən dövlət istiqrazları 11,3 mln manat, qeyri-dövlət istiqrazları 64,31% artımla 5,11 mln manat). Şirkətin səhmlərə yatırımları isə 16,67% artaraq 364 min 583 manat təşkil edib. Hesabat dövründə törəmə alətlərə və investisiya məqsədli daşınmaz əmlaka vəsait ayrılmayıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!