Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Noyabrın 4-dən etibarən müəyyən siniflər üzrə şagirdlərin bir məktəbdən digərinə köçürülməsi üçün elektron sistem aktivləşdiriləcək.
“Yeni Sabah” xəbər verir ki, 4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, noyabrın 5-i saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi mümkün olacaq.
Yerdəyişmə prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Pepperoni pizza
İnternetə çıxış imkanı olmayan vətəndaşlar bu proseslə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə isə əlavə məlumat veriləcək.
Aytac Əliyeva
Telegram kanalımız