Uşaqlı qadını vuran sürücünün şok etirafı:   Xocasən-Lökbatan yolunda nə baş verib?!

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlı qadını vuran sürücünün şok etirafı: Xocasən-Lökbatan yolunda nə baş verib?!

Hadisə

04 Noyabr 2026 11:50 77


Noyabrın 3-də Bakıda baş verən yol-nəqliyyat hadisəsi sürücülərin yuxulu halda sükan arxasına keçməsinin nə qədər təhlükəli olduğunu bir daha gündəmə gətirib. Belə ki, avtomobil idarə edərkən yuxuya gedən sürücü körpəsini uşaq arabasında aparan qadını vurub.

“Yeni Sabah” xəbər verir ki, hadisə saat 09:38 radələrində Xocasən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində qeydə alınıb. Cavid Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobil piyada A. Abdullayevəni vurub.

Qəza nəticəsində qadın xəsarət alıb. Körpənin vəziyyətinin normal olduğu bildirilir. Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. Pepperoni pizza

İlkin araşdırma zamanı C. Ağayev sükan arxasında yuxuya getdiyini, hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini etiraf edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!