Mağazada alıb evdə peşman oluruq: Ən çox etdiyimiz səhv

saytların hazırlanması

Evə çatdırılma

Mağazada alıb evdə peşman oluruq: Ən çox etdiyimiz səhv

Sosial

04 Noyabr 2026 12:02 60


Bəzən dolabımız paltarla dolu olur, amma yenə də qarşısında dayanıb “geyinməyə heç nəyim yoxdur” deyirik. Hər gün yeni geyim almaq istəyi, bir-birinə uyğun paltar seçə bilməmək və dəbə uyğun görünmək həvəsi bu problemi daha da artırır. Bəs dolabımız dolu olduğu halda niyə geyinməyə paltar tapmırıq? Düzgün geyim seçmək və mövcud paltarlardan fərqli kombinlər yaratmaq üçün nələrə diqqət etməliyik?

“Yeni Sabah” modelyer, dizayner Şəlalə Maqsudova ilə müsahibəni təqdim edir:

- Bu hal daha çox düzgün geyim seçə bilməməyimizlə, yoxsa daim yeni paltar almaq istəyimizlə bağlıdır? Toyuqlu pizza

- Bu sualda hər ikisinin də payı var, lakin əsas səbəb qardirobumuzdakı parçaların bir-biri ilə uyğunlaşmamasıdır. Paltar çox olsa da, bir-birini tamamlamadığı üçün insan hər zaman “geyinməyə heç nəyim yoxdur” deyir.

- Paltar alanda nələrə diqqət etməliyik ki, sonradan dolabda istifadə olunmadan qalmasın?

- Yeni paltar alarkən düşünün ki, bu parça qardirobunuzda ən az üç fərqli şeylə uyğun gəlirmi? Anlıq dəb həvəsinə deyil, həyat tərzimizə və rahatlığımıza uyğun seçimlər etməliyik. Üzərimizə yaxşı oturan və bizi narahat etməyən materiallara üstünlük verməliyik.

- Az sayda geyimlə çoxlu kombin yaratmaq mümkündürmü? Bunun üçün hansı əsas geyimlər dolabımızda olmalıdır?

- Əlbəttə, mümkündür  Qardirobunuzda mütləq olmalı əsas parçalar bunlardır: 

1. Sadə ağ və qara tişörtlər; 

2. Vücudunuza yaxşı oturan bir ədəd keyfiyyətli cins şalvar; 

3. Neytral rənglərdə (qara, bej və ya göy) pencək, klassik kəsimdə köynək, həm idman, həm də klassik geyimlərlə uyğunlaşan sadə ayaqqablar.

- Bəzən bir paltarı mağazada çox bəyənirik, amma evdə geyinmək istəmirik. Bunun səbəbi nədir?

- Mağazalardakı xüsusi işıqlandırma və güzgülər paltarı əslindən daha cəlbedici göstərə bilir. Alış-veriş anındakı emosiya ilə evdəki digər paltarları nəzərə almadan qərar vermək bəzən bizi yanıldır. Mağazada qısa müddətə geyindikdə hiss olunmayan narahatlıqlar evdə uzun müddət geyindikdə üzə çıxa bilər.

- Bir-birinə yaraşan rəngləri və geyimləri necə seçə bilərik? Bunun sadə qaydaları varmı?

- Ağ, qara, boz, bej və göy rənglər bir-biri ilə və digər bütün rənglərlə asanlıqla uyğunlaşır. Eyni rəngin fərqli tonlarını (məsələn, açıq mavi və tünd göy) bir yerdə istifadə edə bilərik .Bir kombində üçdən artıq fərqli rəngdən istifadə etməməyə çalışın ki, görüntü qarışıq görünməsin.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!