Nəqliyyat naziri istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Nəqliyyat naziri istefa verdi

Dünya

04 Noyabr 2026 12:52 13


İspaniyada 69 nəfərin ölümü ilə nəticələnən ağır dəmir yolu qəzasından sonra ölkənin nəqliyyat naziri Oskar Puente vəzifəsindən istifa edib.

“Yeni Sabah” xəbər verir ki, ölkə tarixinin ən qanlı nəqliyyat faciələrindən biri kimi qiymətləndirilən hadisə siyasi mühitdə kəskin rezonans doğurub.

Qəzanın ardından ictimaiyyət və müxalifət tərəfindən sərt tənqidlərə məruz qalan Puente məsuliyyəti üzərinə götürərək istefa ərizəsini təqdim edib. Nazir bəyanatında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verərək, faciənin araşdırılması üçün aidiyyəti qurumların bütün imkanlarını səfərbər etdiyini vurğulayıb. Sezar pizza

Baş nazir Sançes istefanı qəbul edib və faciənin başvermə səbəblərinin araşdırılması istiqamətində istintaq tədbirlərinin tam şəffaf şəkildə davam etdiriləcəyini diqqətə çatdırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!