Karapetyanların müklərində axtarış gedir

saytların hazırlanması

Evə çatdırılma

Karapetyanların müklərində axtarış gedir

Dünya

04 Noyabr 2026 11:02 38


Ermənistanın İstintaq Komitəsi "Taşir" Qrupunun rəhbəri və müxalifətdəki "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyanın və onun qardaşı oğlu, parlament üzvü və Güclü Ermənistan fraksiyasının lideri Narek Karapetyanın evlərində axtarışlar aparır.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, axtarışlar Karapetyan ailəsi ilə əlaqəli digər ünvanlarda da həyata keçirilir.

İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, müstöəntiqlər cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvana baş çəkib. Dominos pizza

İş adamı Karapetyan 19 yanvar 2026-cı ildən ev dustaqlığındadır. O, 2025-ci ilin iyun ayında dövlət çevrilişinə təhrik ittihamı ilə həbs edilib və ev dustaqlığı qərarı verilənə qədər Milli Təhlükəsizlik Xidmətinin cəzaçəkmə müəssisəsində saxlanılıb. Oktyabr ayında onun ittihamlarına rəsmi səlahiyyətlərdən və ya rəsmi gücə əsaslanan təsirdən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması ittihamları əlavə edilib.

7 iyun parlament seçkilərində "Güclü Ermənistan" səslərin 23,3%-ni toplayaraq yeni parlamentdə Paşinyanın partiyasından sonra ikinci ən böyük siyasi qüvvəyə çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!