Bakıda və Abşeron yarımadasında noyabrın 5-dən 9-dək fasilələrlə yağış yağacağı, ölkə ərazisində isə qeyri-sabit hava şəraitinin hökm sürəcəyi gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.
Noyabrın 5-i axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. pizza mizza
Noyabrın 5-i günün ikinci yarısından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək. Ölkənin əksər ərazilərində fasilələrlə yağıntı gözlənilir. Bəzi yerlərdə yağış leysan xarakterli və intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcək. Dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Bildirilir ki, noyabrın 5-i axşam və 6-sı gecə yağıntılar bir qədər güclənəcək.
Yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Qeyri-sabit hava şəraitinin noyabrın 9-u axşamadək davam edəcəyi, havanın temperaturunun əvvəlki günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız