Vahid Qazidə xərçəng tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Vahid Qazidə xərçəng tapıldı

Sosial

08 Sentyabr 2026 11:36 397


Yazıçı, publisist Vahid Qazi xərçəng xəstəliyindən əziyyət çəkir.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Yazıçı bildirib ki, hazırda “əsrin bəlası” ilə üz-üzədir: Dördpendirli pizza

“Bizim uşaqlığımızda iki höcətləşən arasında dava ən çox bu sözdən sonra başlayırdı: ”Sən maa heş zad eliyə bilməssən!”

Zəif olan özündən güclüyə deyirdi onu. Bax o anda o zəifin gücü yalnız o sözü deyə bilməyə çatırdı. Çox vaxt o söz atəşə nöyüt tökmək effekti verirdi. Hərdən isə əksinə olurdu – o cəsarətli sözdən sonra dava başlamadan bitirdi. Çünki güclü zəifin kimə arxalandığını bilirdi.

Ömür boyu heç vaxt yaşamadığım qarışıq duyğular, fikirlər dolu neçə ayın sonunda mənim də bax elə o sayaq ”dava günüm” yetişdi. Davam dövrümüzün çərdəymiş bəlasıyladı. Özündən güclüyə o sözün deyildiyi az qala 50 illik xatirənin məhz bu gün yada düşməsi də boşuna deyil yəqin.

İndi o sözü mən deyirəm: ”Əsrin bəlası, ”sən maa heş zad eliyə bilməssən!”

Göydə Anamın, yerdə doğmaların, yaxınların duaları mənimlədi!”.

Qeyd edək ki, Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub.

1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib.

Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib.

2012-ci ildən İsveçdə yaşayır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!