Valideyn övladının intihar edəcəyinə niyə inanmır? - Psixoloqdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Valideyn övladının intihar edəcəyinə niyə inanmır? - Psixoloqdan açıqlama

Sosial

16 Aprel 2022 16:10 600


Psixoloq Fərqanə Mehmanqızı valideyn-övlad münasibətlərinə dair maraqlı fakt açıqlayıb. Onun sözlərinə görə valideynlərdən birinə uşağının intihara meylli olması barədə xəbərdarlıq edilib. Amma valideyn önləyici tədbir görmək əvəzinə övladına qarşı şiddət tətbiq edib, onu döyüb. 

Analoji halların sayı son vaxtlar xeyli artıb. Bu kimi hadisələr az ictimailəşdirilsə də, biz bunları görə, müşahidə edə biliirk.

Buna səbəb nədir? Valideyn övladının intihar edəcəyinə niyə inanmır? Marqarita pizza

Psixoloq Vüsalə Rüstəm "Yeni Sabah"a açıqlamasında deyib ki, psixi və davranış pozuntusu olan uşağın ata-anası ilə söhbət etdikdə valideynin özünün də həmin problemdən əziyyət çəkdiyini müşahidə etmək mümkündür:

"Bu cür insanlar özlərini kənardan görə bilmədiyi üçün problemi də anlamır. Sadə dillə desək, valideyn necədirsə, uşaq da elədir. Çox az hallarda istisnalar olur. 

Problemli valideynin düşüncəsi qüsurlu olduğu üçün uşağın atacağı addımı hec cür təsəvvür edə bilmir, belə adamlar əksər hallarda günahı kənarda axtarır, heç bir köməyi qəbul etmirlər. Nəticədə çox zaman faciələr qaçılmaz olur".

Valideynlərin uşaqların intihar edəcəyinə inanmamasına gəlincə, psixoloq deyib ki, təsəvvür və müşahidə qabiliyyətlərinin aşağı olması, əsas da uşaqla ünsiyyətin pozulması övladla valideyn arasında bağı-ünsiyyəti qoparır: "Onlar öz təsəvvürlərində uşaqlarını necə görmək istəyirsə, elə düşünürlər. Real vəziyyəti qiymətləndirə bilmirlər. Ona görə də uşağın bu cür qorxunc addım atacağına inanmırlar. Hətta psixolqolar xəbərdarlıq edəndə də, lazımi nəticə çıxarmır, adekvat tədbir görümürlər. Bir az əvvəl də qeyd etdiyim kimi, valideynin özündə psixi gərginlik, nevrotik hal olur. Çox zaman belə valideynlər uşağın mövcudluğunu da unudurlar. Sağlam düşünə bilmədiyi üçün nə evdə öz övladına, nə də ona edilən xəbərdarlığa məhəl qoyur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!