Valideynlərə ciddi xəbərdarlıq: Bunu etməyin! 

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərə ciddi xəbərdarlıq: Bunu etməyin! 

Sosial

17 Yanvar 2024 16:09 924


Uşaq evin güzgüsüdür deyirlər. Bu səbəbdən valideynlər və onların davranışları övladlarının tərbiyəsinə birbaşa təsir edir. Müəyyən yaş dövrü var ki, necə deyərlər, uşağın aşına nə töksək, qaşığına da o çıxır. Maraqlıdır, həmin dövrdə ana-atalar hansı məqamlara diqqət etməli, necə qaydalar təyin etməliyik ki, uşaq cəmiyyətə faydalı və sağlam fərd olaraq yetişsin. 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova bu barədə detalları açıqlayıb. Onun sözlərinə görə, uşaqlara tərbiyə edən zaman müəyyən məqamlara diqqət etmək lazımdır:

“Belə bir deyim var ki, uşaqlarınıza heç nə öyrətməyin, onlar sizi təqlid edəcəklər. Uşaqlar bizim dediklərimizi yox, etdiklərimizi təkrarlayırlar. Uşaqlara qayda qoymaq olar. Lakin həftə ərzində bir dəfə bunu edə bilərik. Uşağın yaş səviyyəsini nəzərə alaraq, aydın şəkildə ifadə etməklə qadağa qoymaq olar. Qadağanın səbəbi izah olunur və yerinə yetirilməzsə, hansı cəza tətbiq ediləcəyi uşağa bildirilir. Uşağa nəyi isə qadağan edəndə, mütləq şəkildə başa salmalıyıq ki, bu ona xeyirli deyil. Kor-koranə və quru məntiqlə uşağa bunu izah etmək olmaz”.  Dominos pizza

Ekspert bildirir ki, evə qonaq gələndə qoyulan qadağalara laqeyd yanaşmaq olmaz:

“Qaydalar qoyduğumuz müddət ərzində davamlılıq və eynilik prinsipinə əməl etmək lazımdır. Məsələn telefon qadağası qoymuşuq ancaq rəfiqəmiz bizə qonaq gələcək. Onunla rahat danışmaq üçün uşağın telefonla oynamasına icazə versək, artıq övladımızın şüuraltısında yalandan qonaq istəyi olacaq ki, evə kimsə gəlsin. Ona görə ki, qonaq gələndə uşağa qadağa qoyulmur.

Onu da qeyd edim ki, uşaqlara qadağa qoyarkən, valideyn yüksək dərəcəli qoruyuculuq sərgiləyir. Lakin bu, doğru deyil. Biz pambıq və ya şüşə böyütmürük, insan yetişdiririk. Uşaq yıxıla-yıxıla və öyrənərək böyüyər”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!