Vasilyev: İrəvan bu hüquqdan məhrum edilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Vasilyev: İrəvan bu hüquqdan məhrum edilə bilər

Dünya

04 Avqust 2026 11:02 62


Ermənistanın KTMT orqanlarında səsvermə hüquqlarından məhrum edilməsi qərarı konsensus tələb edəcək.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib, 

O deyib: "KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-dəa Moskvada keçiriləcək və liderlər, çox güman ki, bu məsələni müzakirə edəcəklər".  pizza hut

Daimi nümayəndə vurğulayıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsində üzvlərin 2 il ərzində büdcə borclarını ödəməməsi halında Təşkilat orqanlarında səsvermə hüquqlarının, eləcə də kvota vəzifələrini irəli sürmək hüquqlarının dayandırılması ehtimalı nəzərdə tutulur.

Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurub. Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi 2021-2022-ci illərdə müttəfiqləri tərəfindən həyata keçirilməyib.

Quruma Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!