Velosiped zolağına işıqfor qoydular - Video

saytların hazırlanması

Evə çatdırılma

Velosiped zolağına işıqfor qoydular - Video

Sosial

27 İyun 2023 17:09 862


Buzovna-Mərdəkan yolunun kənarında velosipedçilərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq salınıb. Amma həmin zolaqlardan birinin üzərində işıqforun olması hərəkəti çətinləşdirir.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət Buzovna -Mərdəkan yolunun kənarında salınan və uzunluğu 8.2 km olan velosiped yolundan gedir.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətindən bildirildi ki, sözügedən velosiped zolağı tam təhvil verilməyib, son tamamlanma işləri gedir. İşıqforun velosiped zolağının üzərində olmasından məlumatlıdırlar. Marqarita pizza

''İşıqforun yerinin dəyişdirilməsi üçün aidiyyəti quruma artıq müraciət edilib. Bayram tətili bitdikdən sonra işqıfor oradan götürüləcək'', - deyə qurumdan əlavə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!