Retro dövrü yaxınlaşdıqca astroloji yozumlara maraq da artır. Oktyabrın 3-də başlayacağı bildirilən Venera retrosu zamanı sevgi münasibətlərindən pul məsələlərinə qədər bir sıra mövzuların yenidən gündəmə gələ biləcəyi qeyd olunur.
“Yeni Sabah” xəbər verir ki, astroloji yozumlara görə, Venera retrosu oktyabrın 3-də başlayacaq və noyabrın 14-dək davam edəcək. Bu müddətdə Veneranın əvvəlcə Əqrəb, daha sonra isə Tərəzi bürcündə geri hərəkətdə olacağı bildirilir.
Astroloqların fikrincə, bu dövrdə sevgi, münasibətlər, pul və sosial çevrə ilə bağlı əvvəllər yarımçıq qalmış məsələlər yenidən ortaya çıxa bilər. Pepperoni pizza
Venera retrosunun əsas təsirlərindən birinin keçmiş münasibətlərlə bağlı olacağı düşünülür. Bitdiyi hesab edilən bəzi münasibətlər və ya vaxtilə həll olunmamış məsələlər yenidən gündəmə gələ bilər. Keçmiş sevgilidən xəbər gəlməsi, əvvəl yaşanan problemlərin yenidən müzakirə olunması mümkündür.
Astroloji yozumlarda bu dövrdə keçmiş münasibətə qayıtmaq və ya yeni münasibətə tələsik başlamaq məsələsində ehtiyatlı olmaq tövsiyə edilir. Qısqanclıq, inamsızlıq və şübhə kimi problemlərin münasibətlərdə daha çox hiss oluna biləcəyi bildirilir.
Venera yalnız sevgi ilə deyil, gözəllik və xarici görünüşlə də əlaqələndirilir. Buna görə də retro zamanı görünüşdə böyük dəyişikliklər etməklə bağlı qərarları bir qədər təxirə salmaq tövsiyə olunur.
Estetik əməliyyat, dolğu, botoks, saçda böyük dəyişiklik və uzun müddətdir düşünülən digər ciddi görünüş dəyişiklikləri üçün retro dövrünün başa çatmasını gözləməyin daha məqsədəuyğun olduğu qeyd edilir.
Astroloji yozumlara görə, bu dövr tələsik qərarlar verməkdənsə, keçmişdə qalan məsələləri yenidən nəzərdən keçirmək üçün istifadə oluna bilər. Xüsusilə sevgi, pul və karyera ilə bağlı mühüm qərarları retro başa çatdıqdan sonra vermək tövsiyə edilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız