Astrologiyada sevgi, münasibətlər, maliyyə və estetik anlayışlarla əlaqələndirilən Veneranın retro hərəkəti oktyabr ayında başlayacaq.
“Yeni Sabah” xəbər verir ki, astroloji təqvimə əsasən, 2026-cı ilin Venera retrosu 3 oktyabr–13 noyabr tarixlərini əhatə edəcək və təxminən 41 gün davam edəcək.
Astroloji şərhlərə görə, retro dövrü iki bürcdə baş verəcək. 3-25 oktyabr tarixlərində Venera Əqrəb bürcündə, 25 oktyabr–13 noyabr tarixlərində isə Tərəzi bürcündə retro hərəkətdə olacaq. Sezar pizza
Astroloqlara görə, Veneranın retro hərəkəti zamanı keçmiş münasibətlər, yarımçıq qalmış emosional məsələlər və insanın öz dəyəri ilə bağlı düşüncələr yenidən gündəmə gələ bilər. Əqrəb mərhələsində qısqanclıq, bağlılıq və basdırılmış duyğuların ön plana çıxa biləcəyi, Tərəzi mərhələsində isə münasibətlərdə tarazlıq məsələlərinin daha çox müzakirə oluna biləcəyi bildirilir.
Bu dövrdə yeni münasibət, nişan və evliliklə bağlı mühüm qərarları tələsmədən vermək tövsiyə olunur. Maliyyə məsələlərində də böyük investisiyalar və riskli xərclərlə bağlı diqqətli davranmağın vacib olduğu vurğulanır.
Astroloji yanaşmaya əsasən, saç düzümündə köklü dəyişikliklər, estetik müdaxilələr və görünüşlə bağlı böyük dəyişiklikləri də retrodan sonraya saxlamaq məsləhət görülür.
Bundan əlavə, 24 oktyabr–13 noyabr tarixlərində Merkuri retrosunun da davam edəcəyi qeyd olunur. Astroloqlar bu iki retro dövrünün üst-üstə düşdüyü vaxtlarda münasibətlərdə ünsiyyət problemlərinin arta biləcəyini bildirirlər.
Aydan Hacı
Telegram kanalımız