Vilayət Eyvazovdan yeni təyinat
02 İyn 2020 23:40
654

Vilayət Eyvazovdan yeni təyinat

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub. 

Yenisabah.az xəbər verir ki. bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Malik İbrahimov tutduğu vəzifədən azad edilərək İdarə rəisinin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə Alay komandirinin müavini, polkovnik-leytenant Raif Süleymanov YPX Alayının komandiri təyin olunub.   /Qaynarinfo

Oxşar xəbərlər