Xalq Bankda 200 milyon manatlıq azalma

saytların hazırlanması

Evə çatdırılma

Xalq Bankda 200 milyon manatlıq azalma

İqtisadiyyat

23 Sentyabr 2026 10:31 118


2026-cı ilin ikinci rübündə Xalq bank əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən 12.1 milyon manat xalis pul vəsaiti əldə edib.

“Yeni Sabah” xəbər verir ki, rüblük faiz gəlirləri 52.8 milyon manat, faiz xərcləri isə 18.5 milyon manat təşkil edib.

Həmçinin haqq və komissiyalardan 9.1 milyon manat gəlir götürüldüyü halda, 8.1 milyon manat xərc çəkilib. Dominos pizza

Bankın işçilər üzrə ödənişləri 15.5 milyon manat, digər əməliyyat xərcləri isə 9.4 milyon manat olub.

Müştərilərə verilmiş kreditlər üzrə 40 milyon manata yaxın, satıla bilən investisiya qiymətli kağızları üzrə isə 85.5 milyon manat pul vəsaiti daxil olub.

Banklara ödəniləcək vəsaitlərdə 47.6 milyon manatlıq artım qeydə alınsa da, müştəri hesablarında 200.5 milyon manatlıq azalma baş verib.

Bundan əlavə, hesabat dövründə bank dividend ödənişləri və əvvəlki illərin mənfəətində dəyişikliklərə 30 milyon manata yaxın (29.98 milyon manat) vəsait yönəldib.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!