Bu gün Xalq şairi Süleyman Rüstəmin yeganə oğlu, filologiya elmləri namizədi, Azad Rüstəmzadə 80 yaşında vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, o, ailənin yeganə övladı idi.
A.Rüstəmzadə 1946-cı ildə doğulmuşdu. 1968-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Uzun müddət Azərbaycan Elmlər Akademiyasında çalışıb. 1989–2009-cu illərdə Milli Məclisdə beynəlxalq şöbədə baş məsləhətçi işləyib. Dördpendirli pizza
Ailəsində 2 övladı var: oğlu Günəş Rüstəmzadə vaxtilə Xarici İşlər Nazirliyində işləyib və İsveçdə Azərbaycan səfirliyinin müşaviri olaraq çalışıb. Qızı Azadə Rüstəmzadə isə həkimdir.
Telegram kanalımız