İsrailin Baş naziri Benyamin Netanyahu İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin sağ olduğuna inanır.
“Yeni Sabah” xəbər verir ki, bunu B.Netanyahu “CBS News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, o, sağdır. Onun vəziyyətini demək çətindir. O, hansısa bunkerdə və ya bilinməyən bir yerdə gizlənib”, - hökumət başçısı vurğulayıb. pizza mizza
B.Netanyahu deyib ki, Müctəba Xamenei səlahiyyətlərini həyata keçirməyə çalışır, lakin bu səlahiyyət atası Əli Xameneinin səlahiyyəti ilə müqayisədə daha azdır.
Aytac Əliyeva
Telegram kanalımız