Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli konsert keçirib.
“Yeni Sabah” xəbər verir ki, orkestr Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi” və “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Fikrət Əmirovun Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, həmçinin “Azərbaycan elləri” və “Mǝn sǝni araram” mahnılarını səsləndirib.
Konsertdə həmçinin Niyazinin “Arzu”, “Qaytağı”, Cahangir Cahangirovun “Alagöz”, Arif Məlikovun “Sehrli xalat” filminə yazdığı “Qızların rəqsi” və “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Vasif Adıgözəlovun “Qərənfil”, Süleyman Ələsgərovun “Vətənimdir”, Müslüm Maqomayev “Azərbaycan”, Fərhad Bədəlbəylinin “Dəniz”, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Həsən Rzayevin “Çahargah rapsodiyası” və xalq mahnılarımız səsləndirilib. Pepperoni pizza
Telegram kanalımız