85 yaşını qeyd edən Flora Kərimova ad günü ilə diqqət mərkəzinə düşüb.
"Yeni Sabah" xəbər verir ki, Xalq artisti həmin günü yaxınlarının əhatəsində restoranlardan birində qeyd edib.
Məclisdə qızı, ailə üzvləri, dostları və müğənni Rəqsanə İsmayılova iştirak ediblər. Dominos pizza
Sosial şəbəkələrdə yayılan görüntülərdə Flora Kərimovanın xeyli arıqlaması diqqətdən yayınmayıb. Səhhəti tam imkan verməsə də, qonaqların təkidi ilə ayağa qalxan Xalq artisti qısa müddət rəqs edərək alqışlarla qarşılanıb.
F.Kərimova bir müddət əvvəl səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Onda mədə-bağırsaq sistemi ilə bağlı problemlər, həmçinin orqanizmdə kalium və kalsium çatışmazlığı aşkarlanmışdı. Müalicə müddətində müğənninin vəziyyəti həkim nəzarətində saxlanılıb, planlaşdırılan yubiley konserti isə səhhətinə görə təxirə salınmışdı.
Bir neçə gün əvvəl Flora Kərimovanın köməkçisi səhhətinin genişmiqyaslı tədbir keçirməyə imkan vermədiyini və doğum gününü sakit şəkildə ailə üzvləri ilə qeyd etməyi planlaşdırdıqlarını bildirmişdi.
Əsmətxanım Rzazadə
Telegram kanalımız