Bəzi kişilər münasibətlərdə sədaqəti ilə seçilir, bəziləri isə diqqətini qarşı cinsdən çəkməkdə çətinlik çəkir. Astroloqların fikrincə, xarakter xüsusiyyətləri arasında bu meylin daha qabarıq göründüyü bürclər də var.
“Yeni Sabah” xəbər verir ki, Şərq astroloqlarının yozumlarına əsasən, bəzi bürclərin nümayəndələri gözəl qadınlara qarşı daha həssas olur və bu xüsusiyyət münasibətlərdə müəyyən problemlərə yol aça bilər.
Astroloqların diqqət çəkdiyi 5 kişi bürcü belədir: Sezar pizza
Qoç – Diqqəti tez yayınır
Qoç kişiləri üçün xarici görünüş mühüm rol oynayır. Onlar gözəl qadınları asanlıqla fərq edir və bəyəndiklərini gizlətməkdə hər zaman uğurlu olmurlar.
Şərq astroloqları hesab edir ki, Qoçun impulsiv xarakteri bəzən onu düşünmədən addım atmağa sövq edə bilər. Maraqlı təklif və ya gözlənilməz fürsət qarşısında özünü idarə etməkdə çətinlik çəkən Qoç kişisi sonradan peşman ola bilər.
Buğa – Hisslərinə məğlub ola bilər
Buğa kişiləri münasibətlərdə qayğıkeş və bağlı tərəf kimi tanınır. Onlar sevdikləri insan üçün çox şey etməyə hazırdırlar.
Lakin astroloqların fikrincə, Buğanın zəif nöqtələrindən biri gözəlliyə olan marağıdır. Qarşısına çıxan cazibədar qadın onun diqqətini asanlıqla çəkə bilər. Bu isə münasibətlərdə arzuolunmaz vəziyyətlərin yaranmasına səbəb ola bilər.
Qız – Diqqətini gizlətməyi bacarır
Qız bürcünün kişiləri adətən təmkinli, diqqətli və məsuliyyətli təsvir olunur. İlk baxışdan onların xəyanətə meyilli ola biləcəyini düşünmək çətindir.
Amma astroloqlar başqa məqama diqqət çəkirlər. Qız kişiləri bəyəndikləri qadına qarşı xüsusi diqqət göstərə, bunu isə sadəcə nəzakət və ünsiyyət kimi təqdim edə bilərlər. Şərq astroloqlarına görə, məhz bu xüsusiyyət onların münasibətlərində gizli problemlərə yol aça bilər.
Şir – Diqqət mərkəzində olmaq istəyir
Şir kişilərinin ən böyük xüsusiyyətlərindən biri özünəinamıdır. Onlar diqqət görməyi və bəyənilməyi sevirlər.
Astroloqlar hesab edir ki, Şir kişisi qarşı tərəfdən gələn marağa biganə qalmaqda çətinlik çəkə bilər. Xüsusilə cazibədar qadının diqqəti onun eqosunu oxşayırsa, münasibətdə sərhədlərin qorunması çətinləşə bilər.
Oğlaq – Ciddi görünür, amma…
Oğlaq kişiləri adətən məsuliyyətli, intizamlı və ailəyə bağlı insanlar kimi xarakterizə olunur. Onların münasibətlərə uzunmüddətli yanaşdığı düşünülür.
Astroloqlarının yozumlarında Oğlaq üçün də istisna hallar qeyd olunur. Xarici görünüşü ilə diqqət çəkən qadın qarşısında özünü idarə etməkdə çətinlik çəkə biləcəyi bildirilir. Maraqlıdır ki, astroloqlar Oğlaq kişilərinin belə bir addımdan sonra ciddi peşmanlıq yaşaya biləcəyini də vurğulayırlar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız