Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?

saytların hazırlanması

Evə çatdırılma

Xırdalan və Sumqayıta metro xətti çəkiləcək?

Sosial

26 İyul 2026 08:10 16937


“Paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro stansiyasının inşası planlaşdırılır”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə keçirilən "Könüllülər yol təhlükəsizliyinin təşviqində" layihəsində çıxışı zamanı bildirib:

“Bənövşəyi xəttin 6 yeni stansiyası xüsusi qeyd oluna bilər. Bu stansiyalar, xüsusən xətdən xəttə keçid imkanı sərnişinsaşımada payı çox az olan xəttin rolunu əhəmiyyətli dərəcədə artıracaq. Dördpendirli pizza

Məlumdur ki, paytaxta doğru ən çox axın məhz Xırdalan və Sumqayıt, eləcə də Masazır, Bakı-Şamaxı yolu üzərində yerləşən qəsəbələrdəndir. Bu mənada həmin ərazilərdə yaşayanlar "Xocəsən" və "Avtovağzal" stansiyalarına gələrək keçid stansiyalarında xətti dəyişməklə yerüstü nəqliyyatdan istifadə etmədən paytaxtda metro stansiyası olan istənilən yerə gedə biləcəklər.

Burada "Sahil" stansiyasının yaxınlığında inşa olunacaq keçid stansiyasının rolu əhəmiyyətli dərəcədə çoxdur. O, yalnız bir keçidlə, "İçərişəhər"dən "Həzi Aslanov"a qədər metro ilə getmək imkanı verəcək”.

Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda "Gələcəyin ağıllı metrosu" layihəsi üzərində işlər davam etdirilir. Onun sözlərinə görə, layihə müasir texnologiyaların tətbiqi, sərnişinlər üçün daha rahat, təhlükəsiz və innovativ metro xidmətinin formalaşdırılmasına hesablanıb.

Bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlıq həyata keçirilir. Məqsəd metro ilə yerüstü nəqliyyat arasında inteqrasiyanı daha da gücləndirmək, şəhərdaxili hərəkəti rahatlaşdırmaq və vətəndaşlara vahid, müasir nəqliyyat sistemi təqdim etməkdir.

Aytəkin Əzizqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Səlahəddin
    Metro "müdürü" üçün arzuolunmaz qərar. "Bakıxanova" metro çəkilişinin əlehinə idi ki, oradakılar gəlib mərkəzdə yaşayanların yerin "dar "edərlər. Ya özü xırdalanda və ya sumqayıtda yaşayır, ya da ki, hələ xəbərdən xəbəri yoxdur. Olsaydı səsi çıxardı.
    2 months ago
  • Adil
    Sumqayıt metro stansiyasına ən münasib yer, beş mikrorayonu əhatə edən ( 9 mikraroyanda "Köhnə şərq bazarı" adlanan yerdir. Necə illərdir, yeri boş qalan ərazidir. Ətrafi 9,13,10, 6, mikro rayonun ortasında yerləşir. İstiüaməti də Bakiya münasib yerdir.
    2 months ago
  • RENA
    Bu çox minlərlə insanlar üçün sevindirici bir xəbərdi. Bu metro xətləri də avtovagzal xəttinə birləşsələr yaxşı olardi.
    2 months ago