Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası (səyahət sığortası) üzrə həm sığorta haqlarının toplanmasında, həm də ödənişlərin verilməsində ciddi artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə 7,715 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,907 milyon manat və ya 60.5% çoxdur. Ötən ilin 9 ayında bu göstərici 4,808 milyon manat təşkil etmişdi.
Hesabat dövründə sığorta ödənişlərində də kəskin artım müşahidə olunub. Belə ki, 2026-cı ilin ilk 9 ayında sığorta şirkətləri xaricə səfər edən vətəndaşlara 838 min manat sığorta ödənişi verib. Bu göstərici 2025-ci ilin yanvar-sentyabr aylarındakı 429 min manatlıq ödənişlə müqayisədə 409 min manat və ya 95.3% artım deməkdir. Dördpendirli pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız