Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-ə olan göstəricilərinə əsasən, Azərbaycanda şəhər və kənd əhalisinin yaş qrupları və cins üzrə tərkibi məlum olub.
“Yeni Sabah” xəbər verir ki, əhalinin əsas hissəsini 15–64 yaş arası əməkqabiliyyətli şəxslər təşkil edir. Belə ki, bu yaş qrupunda olanların payı həm şəhər, həm də kənd yerlərində təxminən 69.6% - 70.2% arasında dəyişir.
Uşaq və yeniyetmələrin (0–14 yaş) payı kənd yerlərində kişilər üzrə 19.8%, qadınlar üzrə isə 22.4% təşkil etdiyi halda, digər ərazilərdə bu göstərici müvafiq olaraq 17.0% və 19.6% olub. 65 və daha yuxarı yaşda olan yaşlı əhalinin nisbəti isə kənd yerlərində kişilər arasında 10.6%, qadınlar arasında 8.0% qeydə alınıb. Marqarita pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız