“Card to card” məhdudiyyəti kartların sayını sürətlə artırdı

saytların hazırlanması

Evə çatdırılma

“Card to card” məhdudiyyəti kartların sayını sürətlə artırdı

İqtisadiyyat

27 Oktyabr 2026 15:12 88


Azərbaycanda tətbiq edilən yeni məhdudiyyətlər fonunda ödəniş kartlarının sayında kəskin artım qeydə alınıb. Mərkəzi Bankın rəsmi məlumatına əsasən, sentyabrın sonuna ölkədə ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb. Bu göstərici avqustun sonu ilə müqayisədə 414 min ədəd və ya 1,8% çoxdur. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri şəxsi facebook səhifəsində iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, cari ilin avqust ayından etibarən “Card to card” əməliyyatlarına limitlərin qoyulması fonunda ölkədə ödəniş kartlarının sayındakı artım tempi iki dəfə sürətlənib:

“Mütəxəssislər və ekspertlər isə bu cür məhdudiyyətlərin effektivliyini sual altına alırlar. Bildirilir ki, “kartdan-karta” köçürmələrə gün ərzində limitlərin tətbiqi və bir bankdan manat hesablı debet kartının yalnız bir ədəd alınmasına icazə verilməsi problemi həll etmir. Vətəndaşlar məhdudiyyətlərdən yan keçmək üçün digər banklara üz tutaraq yenə də çoxsaylı kartlar əldə edirlər”. Dördpendirli pizza

“Saça kəpək düşəndə başı kəsmirlər, səbəbini tapıb müalicə edirlər” prinsipi ilə yanaşaraq, sərt qadağalar əvəzinə mövcud problemlərin kökünün araşdırılması və qərarların qəbulundan öncə ictimai rəyin, mütəxəssis rəylərinin dinlənilməsinin vacibliyi bir daha ön plana çıxır.

 

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!