Polşa Baş naziri Donald Tusk ölkənin yeni miqrasiya siyasətinin nəticələrini elan edib.
“Yeni Sabah” xəbər verir ki, əvvəlki "Hüquq və Ədalət" (PiS) hökumətinin miqrasiya kursunu "fəlakət və korrupsiya" adlandıran Tus, qanunsuz miqrasiyaya qarşı sərt tədbirlərin görüldüyünü bildirib.
Sərtləşdirilən miqrasiya nəzarətinin əsas göstəricilərinə görə, vizaların verilməsi 87% azaldılıb. Digər tərəfdən, iş icazələri 69%, tələbə vizaları isə 65% ixtisar olunub. Deportasiyalar 2022-ci illə müqayisədə 200% artırılıb. Belarus sərhədindən qanunsuz keçidlərin qarşısı tam alınıb. pizza mizza
Tusk vurğulayıb ki, bu tədbirlərin məqsədi ksenofobiya deyil, dövlətin və sərhədlərin təhlükəsizliyini qətiyyətlə təmin etməkdir
Nazim Hacıyev
Telegram kanalımız