Azərbaycan əhalisinin böyük əksəriyyəti tam orta təhsillidir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisinin böyük əksəriyyəti tam orta təhsillidir

Sosial

27 Oktyabr 2026 16:04 92


2019-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, ölkə əhalisinin təhsil səviyyəsi və cinslər üzrə bölgüsü məlum olub. Məlumatlara görə, həm ümumi əhali, həm də 55 və daha yuxarı yaş qrupunda olanlar arasında tam orta təhsillilər üstünlük təşkil edir.

“Yeni Sabah” xəbər verir ki, ümumi göstəricilərə əsasən, əhalinin 60,4%-i qadınlar, 60,7%-i kişilər olmaqla tam orta təhsilə sahibdir. Ali təhsillilərin xüsusi çəkisi kişilər arasında 18,1%, qadınlar arasında isə 16,0% təşkil edir. Orta ihtisas təhsili olanların payı qadınlarda 10,7%, kişilərdə 8,3%, peşə təhsillilər isə qadınlarda 4,6%, kişilərdə 5,8%-dir. Ümumi orta təhsillilər qadınlar arasında 6,8%, kişilər arasında 5,7%, ibtidai təhsillilər hər iki cins üzrə 1,2% təşkil etdiyi halda, təhsili olmayanlar və məktəbəqədər təhsillilərin göstəricisi 0,0% – 0,2% aralığında dəyişir.

55 və daha yuxarı yaşlı əhali arasında da tam orta təhsil göstəricisi (qadınlar 54,1%, kişilər 52,8%) ilk sıradadır. Bu yaş qrupunda ali təhsilli kişilərin payı 20,9%, qadınların payı isə 15,9% olub. Həmçinin orta ihtisas təhsili olanlar hər iki cins üzrə 10,6%, peşə təhsillilər qadınlarda 4,3%, kişilərdə 6,0%, ibtidai təhsillilər isə qadınlarda 4,1%, kişilərdə 2,0% təşkil edir. Pepperoni pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!