Sərhədi keçən əfqan yeniyetmə Azərbaycanda mühakimə olundu

saytların hazırlanması

Evə çatdırılma

Sərhədi keçən əfqan yeniyetmə Azərbaycanda mühakimə olundu

Kriminal

27 Oktyabr 2026 15:26 82


Azərbaycan dövlət sərhədini pozan yeniyetmə əcnəbi saxlanılıb.

"Yeni Sabah" lent.az-a istinadla xəbər verir ki, hadisə Astara rayonu, Züngüləş kəndində qeydə alınıb.

17 yaşlı Əfqanistan vətəndaşı qanunsuz yolla Azərbaycana keçib. Onun barəsində cinayət işi başlanıb. Toyuqlu pizza

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2022-ci ildə işləmək məqsədilə valideynləri ilə birgə Əfqanistandan İrana keçib. Paytaxt Tehranda daş karxanalarında işləyib. Burada onunla birgə Azərbaycana qanunsuz keçən digər 5 nəfərlə tanış olub.

Onun sözlərinə görə, son zamanlar İranda vəziyyət mürəkkəbləşdiyindən Avropaya getmək qərarına gəlib. Bunun üçün əvvəlcə Azərbaycana, sonra isə Gürcüstana getmək istəyib. Beləliklə, 17 yaşlı əcnəbi Tehrandan taksi ilə İranın Astara şəhərinə gəlib. Oradan isə heç bir sənədi olmadan piyada yolla Azərbaycana qanunsuz keçib. Lakin az sonra Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə o, 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!