Xoşun gəlmir, düş taksi ilə get!

saytların hazırlanması

Evə çatdırılma

Xoşun gəlmir, düş taksi ilə get!

Sosial

01 Aprel 2022 10:54 514


Hər kəsin həyatında ən azı bir dəfə, şəxsinə deyilməsə də eşitdiyi söz: "Xoşun gəlmir, düş taksi ilə get". Düşüb taksi ilə də getmək olar, di gəl ki, cibdə hər dəfə taksiyə veriləcək pul da yoxdur. Lap olsa belə taksi sürücüləri də sizdən geri qalmır. 

Ölkəmizdə insanlar aqressiya balonudur. Bir iynəyə, bir toxunuşa bənddirlər ki, partlasınlar. Daim narazıdırlar. Bunu hər gün gündəlik istifadə etdiyimiz istənilən növ ictimai nəqliyyatda müşahidə edə bilərik. Kasıb və həyatdan yorulmuş insanlar və onların qaralmış ruhlarını əks etdirən qara geyimləri. Hər kəs öz dünyasında bir matəmin içindədir sanki.

Avtobus sürücüləri sərnişinlərdən də beşbetər. Gündəlik 5 saat yatıb səhər 5-də oyanıb gecə 12-yə qədər işləyən sürücülərin aqressiyasını da başa düşmək olar, amma başa düşmək istəyirik ki, sürücünün kaprizləri, tərbiyəsizliyi bu düşüncələrimizdən vaz keçirdir bizi.  pizza hut

İçi boş olan avtobusu ürəyi harada istəyəndə saxlayan sürücü sərnişin düşmək istəyəndə qayda-qanun, ancaq dayanacaqda saxlaya bilməsi yadına düşür. Salonda səslənən bayağı mahnıları, bəzədilmiş ön şüşələri, avtobusda siqaret çəkməkləri də öz yerində.

Bu davranışın təbii ki, səbəbləri çoxdur. Elə sürücülük vəsiqəsinin verilməsindən başlamaq olar. Soruşsan sənə yollar haqqında mühazirə oxuyar, gəl ki, yol hərəkəti qaydalarından bixəbərdirlər. Kefinə düşəndə tısbağa kimi sürən, gecikəndə isə yolun əks istiqamətinə çıxıb sərnişinlərin həyatını təhlükəyə ataraq bütün qayda-qanunlara tüpürür. 

Bu yerdə BNA-nın "yüksək əməyini" danmaq olmaz. Elə onların "innovativ" layihələrinin nəticəsində bu gün ictimai nəqliyyatımız sürətlə "inkişaf" etdi. 8 il ərzində nə taksi sürücüləri ilə bacardı, nə də avtobus. Yaratdığı Koroğlu mübadilə mərkəzini gözümüzə dönə-dönə soxduğu bir vaxtda, elə həmin mərkəzin əks tərəfində, yolun bəlkə də 8 zolağını tutmuş taksi sürücülərinin həyasızlığına kor qaldı. Parklanmalardan ümumiyyətlə danışmağa dəyməz.


Yola ağalıq edən nəqliyyat canavarları bu gün həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün böyük təhlükə yaradır. Buna nümunələr saysızdır. Səbəb isə açıq-aşkar ortadadır. Nəzarət mexanizmi yoxdur. Sürücü çatışmazlığı mövcuddur. Şikayətlə bu gün bir avtobus reysindən çıxarılan sürücü, rahatlıqla sabah başqa reys üzrə işə çıxa bilir.
Avropanı nümunə göstərməyə dəyməz. Heç olmasa Türkəyinin qurduğu nəqliyyat inkişafına baxıb BNA gözünə su versin. İnnovasiya yollara 5 metrlikdə olan obyekti göstərən lövhələrə pul xərcləmək deyil, innovasiya bütün hərəkət iştirakçılarının rahatlığını və interaktivliyini düzgün və rahatlaşdırmaq istiqamətində atılan addımdır.

Cavad Salmanlı
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!