Yağış Bakını cənginə aldı -   Hava ilə bağlı SON VƏZİYYƏT

saytların hazırlanması

Evə çatdırılma

Yağış Bakını cənginə aldı - Hava ilə bağlı SON VƏZİYYƏT

Sosial

08 Sentyabr 2026 10:19 107


Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli və intensiv olub.

"Yeni Sabah" xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki,  sentyabrın 8-i saat 09:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında 30 mm-dək yağıntı qeydə alınıb. Bu göstərici aylıq normanın 133 faizini təşkil edir. Dördpendirli pizza

Rayonlarda ən çox yağıntı Xızıda (23 mm), Astarada (18 mm), Qobustanda (17 mm), Ağdamda (14 mm), Sabirabadda (10 mm), Lənkəran və Şamaxıda (10 mm) qeydə alınıb.

Xaltan, Tərtər və Lerikdə 9 mm, Zərdabda 8 mm, Kürdəmirdə 7 mm, Şirvanda 4 mm, Yardımlıda 3 mm yağıntı düşüb.

Qaxın Sarıbaş kəndi, Xınalıq, Quba və Göyçayda 2 mm, digər bir sıra rayonlarda isə 1 mm-dək yağıntı qeydə alınıb.

Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyib. Hazırda küləyin sürəti 8-13 m/s təşkil edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!