Yağışsız, amma küləkli hava  - SABAHA PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Yağışsız, amma küləkli hava - SABAHA PROQNOZ

Sosial

30 Aprel 2025 12:42 248


Mayn 1-nə olan hava proqnozu açıqlanıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 9-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!