Yanğın olan ərazidə 1000-dən çox ting əkiləcək

saytların hazırlanması

Evə çatdırılma

Yanğın olan ərazidə 1000-dən çox ting əkiləcək

Sosial

21 Sentyabr 2022 10:01 827


Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin yanğına məruz qalmış ərazisinə payız əkin mövsümündə 1000-dən çox göyrüş, ağcaqayın tingləri əkiləcək, 300 kq toxum səpiləcək. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Yenisabah.az-a bildirib ki, hazırda milli parkın ərazisində yanğına məruz qalmış ağaclar götürülərək ərazidən daşınır, təmizlənmiş ərazilər isə əkinə hazır vəziyyətə gətirilir.

Xidmət rəsmisinin sözlərinə görə, payız əkin mövsümünə start verilənə qədər əməkdaşlarımız tərəfindən yanğına məruz qalmış ərazilər əkinə hazır vəziyyətə gətiriləcək.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!