Yanvar ayında yenə qar yağacaq? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yanvar ayında yenə qar yağacaq? - Açıqlama

Sosial

16 Yanvar 2024 20:27 14044


Ötən həftəsonu Azərbaycana qar yağdı. Beləliklə, bu qış mövsümündə ilk dəfə bütün ölkə ərazisində qar yağmasına şahidlik etdik. 

Hər zaman olduğu kimi qarın yağmasına sevinənlər oldu. Lakin yaratdığı fəsadlara və çətinliklərə görə qarı sevməyənlər də çoxdur. Ona görə də bu ay ölkə ərazisinə, xüsusilə paytaxta yenidən qar yağıb, yağmayacağı proqnozu da maraqla gözlənilir. 

"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, ölkəmizə yanvar ayında növbəti dəfə qar yağa bilər: pizza

"Əslində ölkə üzrə qar yağmasının normal olduğunu deyə bilərik. Bakı və Abşeron yarımadası üçün qar yağışında da anomal bir şey görmürəm. Çünki Bakı və Abşeron yarımadasına iqlim şəraitinə uyğun qar yağır. Lakin növbəti qar yağışı olacaqsa, paytaxtımıza nə qədər yağacağını öncədən demək bir qədər çətindir. Yağış isə daha çox ola bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!