Yaponiyada yenə güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada yenə güclü zəlzələ oldu

Dünya

01 Avqust 2026 10:24 76


Yaponiyanın şimal hissəsində 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, Aomori prefekturasından şərqdə yerləşib. Seysmik hadisəsinin ocağı 80 kilometr dərinlikdə olub. pizza

İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, iyulun 28-də Yaponiyanın Küsü adasında yerləşən Kumamoto prefekturası yaxınlığında 7.1 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara əsasən, baş verən seysmik hadisə nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!