Yaponiyada əhalinin yaşlanması ilə bağlı yeni rəqəmlər açıqlanıb. Ölkədə hər üç nəfərdən birinin yaşı 65-dən çoxdur.
“Yeni Sabah” xəbər verir ki, Yaponiyada 65 yaş və yuxarı insanların sayı ötən illə müqayisədə 20 min nəfər artaraq 36,2 milyona çatıb. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin açıqladığı məlumatlara görə, yaşlı insanların ümumi əhali içərisində payı 29,6 faiz təşkil edib. Bu yaş qrupunda 15,7 milyon kişi, 20,5 milyon qadın var.
Mütəxəssislərin hesablamalarına görə, ölkədə yaşlı insanların sayı yaxın illərdə daha da artacaq. Milli Əhali və Sosial Təminat Araşdırmaları İnstitutunun proqnozuna əsasən, 2045-ci ildə Yaponiyada 65 yaş və yuxarı insanların sayı 39,4 milyona çata bilər. Bu halda yaşlı əhalinin ölkənin ümumi əhalisindəki payının 36,3 faizə yüksələcəyi gözlənilir. Toyuqlu pizza
Hazırda Yaponiya 65 yaşdan yuxarı insanların ümumi əhali içərisindəki payına görə dünyada ilk sıradadır. Bu göstərici İtaliyada 25,6, Almaniyada isə 24,2 faizdir. Yaşlı əhalinin sürətlə artması Yaponiyada səhiyyə sisteminə düşən yükün artırılması, doğum səviyyəsinin yüksəldilməsi və bölgələrdə həyatın davamlılığının təmin edilməsi kimi məsələləri daha da ön plana çıxarıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız