Yataq otağında yaranan ağır və xoşagəlməz qoxulardan xilas olmaq üçün evdə tətbiq olunan sadə üsullardan biri də karbonatlı (sodalı) sudur. Yatmazdan əvvəl başucuna qoyulan bir stəkan su və karbonat qarışığının gecə ərzində otaqdakı qoxuların azalmasına kömək etdiyi bildirilir.
“Yeni Sabah” xəbər verir ki, yataq otağı uzun müddət havalandırılmadıqda, xüsusilə də pəncərələr bağlı olduqda və otaqda rütubət artdıqda xoşagəlməz qoxu yarana bilər. Mebellər, yataq dəstləri və digər əşyalar da bu qoxunun daha çox hiss olunmasına səbəb ola bilər.
Bir stəkan suya az miqdarda qida sodası əlavə edib qarışdırmaq və qabı yatağın yaxınlığında saxlamaq tövsiyə olunur. Karbonatın bəzi qoxuları neytrallaşdırmaq xüsusiyyəti olduğu üçün bu üsul otaqda daha təravətli mühit yaratmağa kömək edə bilər. Sezar pizza
Lakin bu qarışığın havadakı bütün qoxuları “özünə çəkdiyi” və ya yuxuya xüsusi təsir göstərdiyi elmi baxımdan sübut olunmayıb.
Sosial şəbəkələrdə isə su və karbonat qarışığının “mənfi enerjini” azaltdığı iddia edilir. Bu fikir elmi fakt deyil və daha çox inanclara əsaslanır.
Mütəxəssislər xoşagəlməz qoxuların qarşısını almaq üçün otağın mütəmadi havalandırılmasını, yataq dəstlərinin vaxtında dəyişdirilməsini və rütubətin nəzarətdə saxlanılmasını daha effektiv üsul hesab edirlər.
Aydan Hacı
Telegram kanalımız