Yaxın 2 gündə hava necə olacaq?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yaxın 2 gündə hava necə olacaq? - Açıqlama

Sosial

29 Mart 2022 13:52 421


Yaxın 2 gün ərzində havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir.

Bununla bağlı Yenisabah.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, 30-31 mart tarixlərində Bakıda və Abşeron yarımadasında dəyişkən, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 10-15 dərəcəyədək isti olacaq. Dördpendirli pizza

Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu bəzi yerlərdə 19, dağlarda isə 10 dərəcəyə qədər isti olacaq.

Gülşad Məmmədova mart ayının soyuq keçməsi ilə bağlı fikirlərə də münasibət bildirib. O qeyd edib ki, bu il həqiqətən də mart əvvəlki illərlə müqayisədə soyuq keçdi.

Qurum rəsmisi onu da diqqətə çatdırıb ki, aprel ayında havanın neçə keçəcəyi haqqında ümumi aylıq proqnoz martın 31-də açıqlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!