Yayda dondurma nəyi ilə təhlükəlidir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Yayda dondurma nəyi ilə təhlükəlidir? - Video

Sosial

21 İyul 2023 20:50 980


Yayda dondurma alarkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki hər dondurmanın saxlanılma və istifadə müddəti fərqlidir.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı texnoloq Ramil Talıbov "Xəzər Xəbər"ə bildirib ki, bəzən dondurmanın hazırlanma qaydalarına ciddi riayət olunmur.

Mütəxəssis deyir ki, bu qida növü mütləq gigiyenik tələblərə cavab verməlidir. Əriyəndən sonra yenidən dondurulan dondurmalar zəhərlənməyə səbəb ola bilər. Həmçinin satış şəbəkələrində yaranmış problem də qidanın tərkibinə təsir edə bilər. Dominos pizza

R. Talıbovun sözlərinə görə, dondurmanın saxlanma rejiminə düzgün diqqət edilməlidir. Saxlanma şəraitinə əməl edilməyən yerdən isə dondurmanın alınması tövsiyə edilmir.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 11 yerli istehsalçıya məxsus 21 dondurmadan nümunələr götürülərək müayinə aparılıb. Sınaq nəticələrinə əsasən, 17 nümunədə uyğunsuzluq aşkar edilməyib. 3 istehsalçıya məxsus 4 məhsulda isə uyğunsuzluq aşkarlanıb. Qeyd edilən müəssisələrdə plandankənar yoxlama həyata keçirilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!