Yaydan qalan sarı ləkələri belə yox edin – 3 sadə üsul

saytların hazırlanması

Evə çatdırılma

Yaydan qalan sarı ləkələri belə yox edin – 3 sadə üsul

Maraqlı

20 Sentyabr 2026 11:58 118


Yay boyu istifadə olunan ağ köynəklərdə qoltuqaltı hissədə sarı ləkələrin yaranması çox rast gəlinən haldır. Bu izlərdən adi yuma ilə qurtulmaq mümkün olmadıqda isə evdə tətbiq olunan bir neçə sadə üsul köməyə çata bilər.

“Yeni Sabah” xəbər verir ki, isti havalarda istifadə olunan dezodorant və digər tər əleyhinə vasitələr ağ köynəklərin xüsusilə qoltuqaltı hissəsində sarı ləkələrin yaranmasına səbəb olur. Tər, dezodorant qalıqları və parçaya hopan çirk nəticəsində yaranan bu izlər adi yuma zamanı tamamilə çıxmır.

Havaların soyuması ilə yay geyimlərini şkafa yığmaq vaxtı çatır. Köynəkləri saxlamazdan əvvəl sarı ləkələrdən təmizləmək üçün bir neçə üsuldan istifadə etmək mümkündür. Dominos pizza

Bəs ağ köynəklərdəki sarı ləkələri necə təmizləmək olar?

Soda ilə təmizləmə

Bir qədər sodanı az miqdarda su ilə qarışdıraraq qatı məhlul hazırlayın. Qarışığı köynəyin saralmış qoltuqaltı hissəsinə çəkin və təxminən 30 dəqiqə saxlayın.

Daha sonra həmin hissəni yüngülcə sürtün və köynəyi üzərindəki yuma qaydalarına uyğun şəkildə yuyun.

Ağ sirkədən istifadə edin

Ağ sirkə parçaya hopan tər və dezodorant qalıqlarının yumşalmasına kömək edə bilər. Yarım stəkan ağ sirkəni bir miqdar su ilə qarışdıraraq saralmış hissəyə tətbiq edin. Qısa müddət gözlədikdən sonra köynəyi yuyun.

Perekisdən yararlanın

Ağ köynəklərdə dezodorant və digər tər əleyhinə vasitələrdən yaranan sarı ləkələri təmizləmək üçün 3 faizlik perekisdən də istifadə etmək olar. Perekisdən az miqdarda ləkənin üzərinə tökün və təxminən 10-15 dəqiqə gözləyin. Daha sonra parçanı yüngülcə sürtün və köynəyi üzərində göstərilən temperaturda yuyun.

Təmizlənmiş köynəkləri dolaba qoymazdan əvvəl tamamilə qurudun. Daha sonra onları nəmdən uzaq, hava keçən yerdə saxlayın.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!