Yaz havası: Bu gün yağış və qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Yaz havası: Bu gün yağış və qar yağacaq

Sosial

22 Mart 2024 07:34 1767


Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gecəyə doğru isə arabir yağış yağacağı ehtimalı var.

Axşam bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Sezar pizza

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!