Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmən Silahlı Qüvvələri Husi milislərinə qarşı genişmiqyaslı quru hücumuna keçib.
“Yeni Sabah” xəbər verir ki, əməliyyat çərçivəsində ordunun Husi mövqələrinə ağır zərbələr endirdiyi bildirilir.
Verilən məlumata görə, Yəmən ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində əl-Cəvf vilayətinin əl-Hazm rayonu yaxınlığında yerləşən əl-Musayfə kəndi husilərdən azad edilib. pizza hut
Bununla yanaşı, hərbi birləşmələr Səudiyyə Ərəbistanı ilə sərhədə yaxın ərazilərdə Husi milislərinə məxsus strateji sığınacaqları və istinad məntəqələrini darmadağın edib. Bölgədə əməliyyatların davam etdiyi qeyd olunur.
Nazim Hacıyev
Telegram kanalımız