Şri-Lankanın and içmiş yeni prezidenti Ranil Vikramasinghe etirazçıların zorakı hərəkətlərə keçməsinə icazə verməyəcəyinə söz verib.
Yenisabah.az "The Guardian"a istinadla xəbər verir ki, o andiçmə mərasimindən sonra deyib:
“Əgər siz hökuməti devirməyə, prezidentin və baş nazirin ofislərini ələ keçirməyə cəhd etsəniz, deməli, bu, demokratiya deyil, qanuna ziddir. Biz qanuna uyğun olaraq onlarla sərt davranacağıq. Siyasi sistemin dəyişdirilməsini tələb edən etirazçıların azlığının səssiz çoxluğun istəklərini boğmasına imkan verməyəcəyik". pizza hut
Telegram kanalımız