Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında son 10 gün ərzində üç azyaşlı pasiyent üzərində mürəkkəb cərrahi əməliyyatlar icra olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, əməliyyatlar uzman uşaq cərrahı Araz Hüseynov tərəfindən həyata keçirilib. Yenidoğulmuş körpələrdən birində diafraqmal yırtıq, digərində isə anal atreziya ilə əlaqədar cərrahi müdaxilə aparılıb. pizza sifarişi
Digər əməliyyat isə hipospadiyanın ağır forması – penoskrotal hipospadiya diaqnozu qoyulmuş azyaşlı üzərində icra edilib.
TƏBİB-in məlumatında bildirilib ki, diafraqmal yırtıq qarın boşluğundakı orqanların diafraqmadakı qüsur vasitəsilə döş qəfəsinə keçməsi ilə xarakterizə olunan və yenidoğulmuşlarda tənəffüsə ciddi təsir göstərə bilən anadangəlmə patologiyadır. Anal atreziya düz bağırsaq və anal dəliyin inkişaf qüsuru ilə xarakterizə olunur. Penoskrotal hipospadiya isə sidik kanalının xarici dəliyinin normal anatomik mövqedən aşağıda, penis ilə xayalıq arasındakı nahiyədə yerləşdiyi hipospadiyanın ağır formalarından biridir.
Qeyd olunub ki, bu patologiyaların hər biri xüsusi cərrahi yanaşma, dəqiqlik və peşəkarlıq tələb edir.
Əməliyyatların uğurla başa çatdırıldığı, hazırda azyaşlı pasiyentlərin vəziyyətinin həkimlərin nəzarətində olduğu bildirilib.

Aytac Əliyeva
Telegram kanalımız