Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Kriminal

14 Avqust 2026 23:43 36


ABŞ-nin Massaçusets ştatında 17 yaşlı Arjun Aravind anası və 14 yaşlı qardaşını öldürməkdə ittiham olunub.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, araşdırma zamanı onun cinayətdən əvvəl internetdə və süni intellekt vasitəsilə ailəsinin öldürülməsi ilə bağlı müxtəlif ssenarilər araşdırdığı məlum olub.

Prokurorluğun məlumatına görə, yeniyetmə aylar ərzində, o cümlədən hadisə günü süni intellektdən istifadə edərək ölüm və cinayətlə bağlı hekayələr hazırlayıb və ailəsinin ölümü ilə bağlı suallar verib. Bununla belə, “ChatGPT”nin ona birbaşa cinayət törətmək təlimatı verdiyi iddia olunmur. Marqarita pizza

Aravind hadisədən sonra anasına məxsus avtomobillə evdən uzaqlaşıb və təxminən 21 kilometr məsafədə saxlanılıb. O, məhkəmədə özünü təqsirli bilməyib və girov hüququ olmadan həbs edilib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!