Yol polisi sürücülərə xəbərdarlıq etdi 

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi sürücülərə xəbərdarlıq etdi 

Sosial

20 Mart 2024 11:59 576


DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib. 

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırıb Marqarita pizza

Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara qeyri-şərtsiz əməl etməyi tələb edir.

Qeyri-iş günlərində avtomobil yollarında hərəkət intensivliyinin artdığını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də nömrə nişanlarının təmizliyinə nəzarət etməlidirlər. 

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!