“YouTube“un son 3 ayda Azərbaycandakı bazar payı 3 dəfədən çox azalıb

saytların hazırlanması

Evə çatdırılma

“YouTube“un son 3 ayda Azərbaycandakı bazar payı 3 dəfədən çox azalıb

Rəqəmsal

07 Oktyabr 2026 17:33 78


Bu ilin sentyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Facebook"un bazar payı 37,26 % təşkil edib.

"Yeni Sabah"ın "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, avqust ayına nisbətən 9,61 faiz bəndi, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 4,56 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 7,71 faiz bəndi az, il ərzində isə 8,23 faiz bəndi azalaraq 21,56 % təşkil edib. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (iyul-sentyabr aylarında azalma 3,4 dəfə təşkil edib). Dördpendirli pizza

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 1,3 faiz bəndi artaraq, illik isə 7,99 faiz bəndi azalaraq 12,32 % təşkil edib.

Dördüncü pillədəki "X"in bazar payı aylıq 0,72 faiz bəndi azalaraq, illik müqayisədə isə 12,23 faiz bəndi artaraq 11,02 % təşkil edib.

İlk beşliyi 7,69 %-lik bazar payı ilə "LinkedIn" qapayır. Sosial şəbəkənin bazar payı avqustda 1,93 faiz bəndi, il ərzində isə 0,6 faiz bəndi artıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!