Ölkə iqtisadiyyatının 5 illik mənzərəsi

saytların hazırlanması

Evə çatdırılma

Ölkə iqtisadiyyatının 5 illik mənzərəsi

İqtisadiyyat

02 Noyabr 2026 16:32 93


Dövlət Statistika Komitəsinin “Azərbaycanın Milli Hesabları” məlumatlarına əsasən, ölkənin əsas makroiqtisadi göstəriciləri üzrə dinamika açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, son illərin göstəriciləri əhalinin gəlirlərindən tutmuş dövlət büdcəsinin icrasına və banklardakı əmanətlərə qədər bir çox sahədə artım meyillərinin saxlanıldığını göstərir. Hesabat dövründə əhalinin nominal gəlirləri ardıcıl artaraq 89 milyard 916 milyon manata çatıb (əvvəlki ilə nisbətən 108,0%). Orta aylıq nominal əməkhaqqı da müsbət dinamika nümayiş etdirərək 1 103,2 manata yüksəlib ki, bu da əvvəlki ilin göstəricisindən 9,3% (109,3%) çoxdur. Həmçinin, ölkə əhalisinin sayı ilin sonuna 10 milyon 262,4 min nəfər təşkil edib.

Dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manata (əvvəlki ilə nisbətən 105,4%), xərcləri isə 38 milyard 604,6 milyon manata (102,4%) çatıb. Büdcə gəlirlərinin Ümumi Daxili Məhsulda (ÜDM) payı 30,3%, xərclərinin payı isə 29,9% olub. pizza hut

Əhalinin banklardakı əmanətlərinin həcmində də nəzərəçarpan artım qeydə alınıb — ilin sonuna əmanətlərin məbləği 16 milyard 772,4 milyon manat təşkil edib (114,4%). İqtisadiyyata yönəldilən kredit qoyuluşları 31 milyard 946,7 milyon manata (109,1%), əsas kapitala yönəldilən investisiyalar isə 34 milyard 218 milyon manata yüksəlib. Əsas fondların ümumi dəyəri isə 311 milyard 413,9 milyon manat olaraq qiymətləndirilib.

İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 105,6% təşkil etdiyi halda, sənaye məhsulları istehsalçılarının qiymət indeksi 90,4% olub. Ölkənin tədiyyə balansının cari hesablar balansı isə 3 milyard 475,1 milyon ABŞ dolları müsbət saldo ilə yekunlaşıb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!