“Yelo Bank” ASC 2026-cı ilin ilk 9 ayının (30 sentyabr tarixinə) maliyyə nəticələrini elan edib.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın xalis mənfəəti 30.5% (7 milyon 568 min manat) azalaraq 17 milyon 256 min manata düşüb (2025-ci ilin eyni dövründə 24 milyon 824 min manat olmuşdu).
Mənfəətin aşağı düşməsinə əsasən qeyri-faiz gəlirlərinin kəskin zəifləməsi təsir edib. Bankın qeyri-faiz gəlirləri illik müqayisədə 41.7% geriləyərək 6 milyon 980 min manata enib. Ən böyük mənfi dinamika valyuta əməliyyatlarında qeydə alınıb: bank xarici valyuta əməliyyatlarından ötən ilin 9 ayında 2.88 milyon manat gəlir əldə etdiyi halda, bu ilin eyni dövrünü 765.22 min manat zərərlə tamamlayıb. Həmçinin haqq və komissiya gəlirləri də 8.44 milyon manatdan 7.37 milyon manata düşüb. Pepperoni pizza
Nəticədə bankın vergidən əvvəlki mənfəəti 24.2% azalaraq 28.42 milyon manatdan 21.56 milyon manata düşüb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız